Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Şabran rayon sakini balıq tutarkən suda boğulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Xəzər dənizinin Şabran rayonunun Güləmli kəndi istiqamətində kənd sakini Şakir Soltanov balıq tutarkən suda boğulub.

Onun meyiti sudan çıxarılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az