[ 09 Mart 2015 11:21 ]


Bakı - APA. Ötən gün Yəməndə baş verən toqquşmalar zamanı ən azından 17 nəfər həlak olub.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Əl-Qaidə silahlılarının Yəmənin mərkəzi Əl-Beydə əyalətinə hücumu nəticəsində 12 nəfər ölüb.

 

Bundan başqa, daha 5 nəfər Mərib əyalətində iki yerli tayfanın toqquşması nəticəsində həlak olub.