Sosial şəbəkədə paylaşılan bir video izlənmə rekordları qırıb.

ANS PRESS-in məlumatına görə, bir zooparkda çəkilən görüntüdə fotoqrafın çətin anları əks olunub.

Belə ki, heyvanların şəkillərini çəkən şəxs yerə uzanaraq maraqlı görüntüləri çəkməyə çalışıb. Elə həmin zaman balaca panteralardan biri fotoqrafa yaxınlaşıb və onu yalamağa başlayıb.

Vəziyyəti fərq edən fotoqraf isə panteranı ürkütməmək üçün bu hadisəyə reaksiya verməyib. Balaca pantera da öz növbəsində fotoqrafın başını yalamağa davam edib.

Kənarda dayanan insanlar isə bu maraqlı anları telefonlarının yaddaşına köçürüblər. Video sosial şəbəkədə paylaşıldıqdan sonra insanların böyük marağına səbəb olub.

Mənbə
ANS PRESS