Prezident İlham Əliyevin Bolqarıstan səfəri ilk baxışdan Avropanın adi ölkələrindən birinə olsa da, qitəni dəyişə biləcək mahiyyətə malik oldu. Əlbəttə, əgər Bolqarıstan Azərbaycandan əsil müstəqillik nümunəsi götürərək imzaladığı əqdin ardından qaçmamaqla bir dövləti əqidə ortaya qoyarsa. Çünki bir neçə həftə əvəl elə burada, HESABAT - verərkən mən Avropa İttifaqına daxil olan ölkələrin müstəqilliklərinin əhəmiyyətini bir hissəsini güzəştə getdikləri barədə də danışmışdım. O da yadınızda olar ki, mən Azərbaycanın öz verdiyi qərarlara riayət etməsi baxımından daha müstəqil olduğunu söyləmişdim. İlham Əliyevin Bolqarıstana səfərini də mən bu baxımdan ciddi müşahidə elədim. Bu səfər zamanı bir məqam mənim diqqətimi daha çox çəkdi. Deyəsən bolqar qardaşlarımız Azərbaycana bizdən az müstəqil olmadıqlarını bütün cəhdlə, vəhclə sübut etməyə çalışırdılar və təəssüf ki, bu onların Baş nazirində o qədər də yaxşı alınmırdı. Çünki Bolqarıstanda son sözü Avropa İttifaqı deyir, hər bir Avropa ölkəsi ilə bağlı olduğu kimi.

Perspektivlərin reallaşdırılması baxımından əlverişsiz proseslərə baxmayaraq Azərbaycan və Bolqarıstan Avropa enerji bazarında özünün açar roluna olan iddialarından imtina etmirlər. Bu həftə Bolqarıstanın baş naziri və Azərbaycan prezidenti Sofiyada strateji tərəfdaşlıq barəsində razılıq əldə etdilər. Bu razılaşmada əsas yeri qitələrarası layihə olan, amma 2013-cü ildə Avropanın imtina etdiyi “NABUKKO” qaz kəməri layihəsi ətrafında birgə fəaliyyətin bərpası tutur. Avropa o zaman “NABUKKO”dan transadriatik layihəsinin xeyrinə imtina etmişdi. İndi tərəflər Brüssel qarşısında Xəzər qazının Avropaya Bolqarıstandan keçməklə çıxmaq ideyasını diriltmək layihəsinə lobbiçilik etmək niyyətindədir. Sofiya və Bakı əmindirlər ki, əgər belə olarsa, Avropanın getdikcə daha ciddi prolemə çevrilən Rusiya qazından asıllığı azalacaq. İndiyədək Sofiya qaz layihələrində ancaq uğursuzluqlara düçar olmuşdu. Əvvəlcə “NABUKKO” layihəsi dayandı və bu da Bolqarıstanın kontinental enerji bazarındakı iddiasını soyutdu. Bunun ardınca Bolqarıstan hökuməti Rusiyanın “Cənub axını” layihəsinə bel bağladı. Ancaq bu layihə də Ukraynada böhrana görə Brüsselin təzyiqi altında dayandırıldı. O zaman belə bir ideya irəli sürüldü ki, Qara Dənizin Bolqarıstan sahillərində qazpaylayıcı mərkəz inşa edilsin və buradan da Mərkəzi və Şərqi Avropanın bütün istehlakçıları mavi yanacaq ala bilsinlər. Lakin bu ideya da Brüsselin ürəyinə yatmadı və Enegetika İttifaqı üzrə Avrokomissar Bolqarıstanın Avropadan bu ideyaya dəstək çağırışlarına diplomatik yolla mane oldu.

Buna baxmayaraq Bolqarıstan inadla sübut etməyə çalışırdı ki, o Avropanın qazla təchizatında açar rolunu oynamağa layiqdir və buna görə də “NABUKKO”ya ümid edir. Əlbəttə, təbii ki, Azərbaycan da öz qazının müştəri dairəsini genişləndirmək niyətindədir və bu səbəbdən də hər vəchlə öz nüfuzunu təsdiq etdirməyə, 2,5 trilyon kubmetrdən artıq qaz ehtiyatları ilə energetika sahəsində öz təsirini və bazarlarını genişləndirməyə çalışır. Azərbaycan və Bolqarıstanın yeni planında xeyli sağlam fikir var. Əvvəla, Rusiya qazının Ukraynadan keçməklə Avropaya verilməsi risk altındadır. Bu kontekstdə cənub qaz dəhlizlərinin imkanları artır. Belə ki, praktikada bu dəhlizlər Qara Dənizin şərqi və Xəzər dənizinə ən qısa və birbaşa yoldur. Biz burada təkcə statistika qurusu ilə məğul olmaq niyyətində deyilik. İstərdik ki, bir az da və məmnuniyyətlə Azərbaycanın apardığı siyasət və onun qlobal proseslərə getdikcə daha çox verdiyi töhfələr barədə danışaq.

İlham Əliyevi indi yalnız qazın Azərbaycandan çıxarılması deyil, onun sonrakı taleyi, yəni bütün Avropa boyu şaxələnidirilməsi maraqlandırır. Bu səfər zamanı ona nail olundu ki, bundan sonra Azərbaycanı nə Avropa Birliyinin ayağı sürüşkən siyasəti, nə Yunanıstanda təşkil olunmuş aksiyalar kimi provakasiyalar yolundan saxlayacaq. İlham Əliyev Cənub Dəhlizini qazın beynəlxalq miqyasda şaxələndirilməsi proyektinə çevirə bilir. Böyük dövlətələrin edə bilmədiyini Azərbaycan etdi. İndi artıq belə demək olar. Beləliklə Cənub Dəhlizi bir borudan ibarət olmamaqla şaxələnmiş şəkil alır. Prezident Sofiya səfəri ilə çoxbilmiş bir kombinasiyaya müəlliflik etdi. Hamı bilir ki, artıq Avropada enerji layihələrinin böyük bir hissəsində Azərbaycan var. Məsələn, beynəlxalq enerji layihələrində Türkiyənin rolunun da artmasında iştirak edir. Necə? Bax belə: Bolqarıstanın Türkiyə ilə boru əlaqəsi yoxdur. Amma Yunanıstanla var. Deməli, Yunanıstana Bolqarıstan vasitəsilə girmək olacaq. TAP-ı inşa etmədən. Dünyanın işini nə bilmək olar, hər hansı mümkün təzyiq-filan olarsa, qazı Yunanıstan vasitəsi ilə Avropaya elə bu yolla daha tez çatdırmaq mümkün olacaq. Yunanıstandan da başqa istiqmətlərə şaxələndirmək olar.

Prezident qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda Avropa istehlakçılarının enerji təhlükəsizliyinə öz xidmətin göstərir: “Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq”.

Bolqarıstan səfəri Prezident Əliyevin yeni gedişidir. Bu ölkə öz imkanları daxilində Azərbaycana məmnuniyyətlə sərmayə qoymağa, bir sıra sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirir. Yeni şərait onu göstərir ki, daha TAP-ı uzun-uzadı gözləmək lazım deyil. Qazı daha tez vermək olar. Bolqarıstanla əməkdaşlığın bir başqa müsbət nüansı da var. Bizə tez-tez inhisarçı ola biləcəyimizi xatırladaraq əslində xəbərdarlıq edirdilər, yadınızdadır? Biz Yunanıstanın qaz paylayıcı sistemini alırdıq, olurduq monopolist. Həm qazın təchizatçısı olurduq, həm də borunun sahibi. Buna görə bizi inhisarçılıqda günahlandırmaq riski var idi. Bolqarıstanda Yunanıstandan fərqli olaraq məhdudlaşdırıcı şərtlər paketi yoxdur. Borunun Türkiyəni Bolqarıstanla birləşdirən hissəsini isə müştərək çəkə bilərik. Nəzarət paketi isə Bolqarıstanda ola bilər. Sofiya Yunanıstanla bağlı olduğundan burdan qaz Avropaya rahat şəkildə çıxa bilər. Rusiya 2016-cı ilin sonunadək öz borusunu çəkmək niyyətində olduğunu bəyan edir. Bir yandan vaxt onu sıxır. Bir yandan da dünyada gedən proseslər, qlobal böhran faktoru. Belə olan halda Azərbaycan öz qazının Avropaya yolunu qısaltmaqla həm də böyük pullara qənaət etmiş olur. Yəni tez bir zamanda bu proyektə qoyulmuş pullar geri qayıdacaq. Bu baxımdan yanaşanda İlham Əliyev Azərbaycan sərmayələrini əslində sığortalamış oldu. Hə də. Biz bu gün sərmayə qoyarıq, bura Avropadı axı, sabah ingilis bayrağı kimi münasibətini dəyişər. Azərbaycan özünü sığortalayır, nəinki ölkədən çıxan qazı, hətta nəhəng layihə olun TANAP-ı da deversifikasiya edir. Məsələn, sabah Yunanıstan istəmir, qazı Bolqarıstana göndərər, Bolqarıstan istəmir, buyursun, yaxında İtaliya var… Bolqarıstan səfəri 2015-ci ilin çox uğurlu faktı oldu. Sıçrayış, yarıb keçən bir hadisə oldu. Əliyevin gözlənilməz addımı regional enerji perspektivini dəyişdi. Avropada çoxlarının əlindən arqumentlərini aldı. Bütün oyunçular Azərbycanın bu gedişini nəzərə alaraq oynamalıdırlar. İndi Bakı nəinki ölkədən xaricə gedən enerji daşıyıcılarını, boruları şaxələndirmələri ilə məşğuldur, hətta qaz xaricdə maya qoyduğumuz yerdən şaxələndiriləcək. Gözlənilməz bir gedişdir. Ona enerji paketi barədə xəbədarlıq edənlərə Bakı belə də deyə bilər, bu məsələnin artıq mənə dəxli yoxdur. Düzdür, qaz mənimdir, amma mülkiyyətçi ki, Bolqarıstandır. Azərbaycan şaxələndirmə ideyasının ardınca ona görə belə inadla gedir ki, sabah hər hansı bir problemlə üzləşəndə bir yandan yolu bağlananda o biri yandan çıxa bilsin. Bu təkcə neft və qaz sevdası deyil, bu artıq geopolitik düşüncənin təzahürüdür. Bir vətəndaş olaraq mən bundan əməlli başlı ləzzət alıram. Məsələn, Türkmənistan qaz ehtiyatları baxımdan bizdən zəngin olsa da, onun bizdəki kimi imkanları yoxdur. Yeri gəlmişkən, Türkmənbaşı və Türkiyə liderlərinin də bu həftə enerjinin nəqli və hasilatı mövzusunda görüşü də oldu. Maraqlı bir şey var ki, Türkmənistan və Türkiyə prezidenti görüşən kimi Rusiya bəyanat vermişdi ki, 50 gəminin iştirakı ilə Xəzərdə təlimlər keçirəcək. Azərbaycanda da Xəzər dənizi ətrafında mütəxəssislər danışdılar, nazir müavini Xələf Xələfov isə nikbin bir bəyanat yaydı ki, Xəzərin statusu ilə bağlı altı bənd təsdiqlənib. Təsdiqlənsə də, onun optimizmi bölüşsək də bilirik ki, Transxəzər layihəsini həyata keçimək çətin olacaq. Çünki burada bir tərəfdən yox, eyni zamanda iki tərəfdən gələn təzyiqi hiss edirik. Hər iki tərəf də təkcə Azərbaycana yox, eyni zamanda elə bir-birinə rəqibdir.

Bəs ümumiyyətlə Sofiya səfəri nə ilə nikbinlik doğurur? Əvvəla. Bu son hadisələrə Bakının dərhal və çevik reaksiya idi. Son hadisələri xatırlayaq: “Cənub axını”nın dayandırılması. Avropada enerji paketinin “Desfa”nı ala bilərsiniz ya yox mövzusunda məhdudlaşdırıcı şərtləri. İndi artıq presedent var. Bolqarıstan Azərbaycanı göstərə və deyə bilər ki, baxın Yunanıstanın neft-qaz strukturunu alan var. TAP layihəsinə kənardan təşkil olunmuş suni narazılıq imitasiyaları Prezident İlham Əliyevi gözlənilməz addıma vadar etdi və bu addım da uğurlu alındı. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində gələcəkdə çox böyük rol oynayacaq. Nəinki sadə bir enerji satıcısı, hətta onun paylanmasında da mühüm bir məntəqə kimi. Azərbaycanın qazı qurtaranda da qoyduğu sərmayələr onun dadına çatacaq. Biz Avropanın Enerji Bazarına girməklə bu biznesin içində olacaq və necə deyərlər qaz olmasa belə yenə də yeyəcəyik qaz ətini və görəcəyik …ləzzətini.

Mənbə
HESABAT: Mir Şahin