Başlayaq kupedən. Tünerlər onu Diamond Edition adlandırıblar, baxmayaraq ki, ona Killer-on-the-road Edition və ya buna bənzər ad daha çox yaraşardı. 5,5 litrlik bir cüt turbinli V8 mühərrikindən Mansory düz 985 a.g. və elektron məhdudlaşdırma ilə 1400 Nm fırlanma anı ala bilib. Bu donor mühərrikin göstəricilərindən 400 a.g. və 500 Nm çoxdur. İlk 100 km/saat sürətlənməyə avtomobil 3,2 saniyə vaxt sərf edir və yenə də elektron məhdudlaşdırmadan sonra asanlıqla 300 km/saat maksimal sürət yığa bilir.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yolda bu “qorxunc vəhşi”ni yeni asması və 22 düymlük disklərindən tanımaq mümkündür. İki rəngli salonun tərtibatında bol-bol dəridən, sükan, torpedo və mərkəzi konsolda isə parlaq taxmalardan istifadə edilib.
Milli.Az






