Xaçmaz rayonu, Niyazoba kəndində vətəndaşa məxsus, ümumi sahəsi 156 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb.

Milli.Az FHN-in saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az