Bakı, 8 mart, AZƏRTAC
“Parabank” ASC-nin "Visa" kartlarının sahibi olan müştərilər "3D Secure" sistemindən istifadə edə biləcəklər. “3D Secure” - dələduzluq hallarından mühafizə olunmaq və internet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin etmək imkanı yaradan yeni texnologiyadır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu xidmətə qoşulmaq üçün müştərilər üç üsuldan istifadə edə bilər. Bunun üçün müştəri bankomatın menyusundan "İnternet Banking" və "3D Secure" üçün birdəfəlik parollar siyahısı" bölməsini seçməli, birdəfəlik parollar qeyd edilmiş çek çap olunmalı və www.azericard.com/3d səhifəsində qeydiyyatdan keçməlidir. 3D parolunun qeydiyyatı pulsuzdur.
Bu prosesi həyata keçirmək üçün bankın filiallarına müraciət etmək, yaxud "Azercard"ın rəsmi səhifəsində qeydiyyat bölməsindən istifadə etmək olar.