Əksər mobil rabitə operatorlarının fikrincə, onların biznesinə zərər vuran Facebook şirkətinin baş direktoru Mark Zukerberq tənqidçilərlə ümumi dil tapmağa çalışır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Barselonada keçirilmiş telekommunikasiya konfransında çıxış etmiş Zukerberq etiraf edib ki, dünyada internetin hər yerdə əlçatanlığının təmini yalnız operatorların gəlirinin artımı halında mümkündür.
 
Bir faktı unutmaq lazım deyil ki, məhz operatorlar internet dünyasında real inkişafı təmin edir – Zukerberq bildirib. Bununla belə, bir çoxları qeyd edir ki, Facebookun direktorunun çoxmilyardlı auditoriyanın internetə çıxışını təmin etmək cəhdi operatorların gəlirlərinin azalmasına səbəb olur.
 
Zukerberq deyib ki, mobil şəbəkələrin qurulması üzrə işlər böyük xərc tələb edir və yeganə çıxış yolu operatorların biznesinin sürətli artımıdır. Telenor Group, Millicom International Cellular və Airtel operatorlarının direktoru Zukerberqin təşəbbüsünü dəstəkləyib. Bu şirkətlər abunəçilərə Facebook tərəfindən hazırlanmış, yerli hava və başqa faydalı məlumatları əldə etməyə imkan verən Internet.org mobil proqramına ödənişsiz giriş imkanı verir.
 
Airtel Africanın baş direktoru Kristian De Faria deyib ki, son ildə onun şirkətinin Facebookla münasibətləri uğurla inkişaf edib və Internet.org sayəsində operator yeni müştərilər cəlb edə bilib. Millicomun rəhbərlərindən biri Mairo Zanotti deyib ki, Internet.org üzrə birgə layihənin işə salınmasından sonra onun şirkəti Tanzaniyada smartfon satışını 10 dəfə artırıb.
 
Amma operator və internet şirkətlər arasında fikir ayrılığı qalır. Telenor şirkətinin baş direktoru Yon Fredrik Baksaas bildirib ki, ötən il Facebook şirkətinin WhatsApp messencerini satın alması bizi təşvişə salıb, çünki mətn mesajları ilə mübadilə əvvəlki kimi bizim üçün mühüm gəlir mənbəyidir. – Operatorlar Internet.org təşəbbüsünə qoşulmaqla bağlı düşünüblər. Heç kim öz evinin açarını rəqibə verməyə razılaşmaz.
 
Zukerberq etiraf edib ki, belə narahatlığa əsas var və məhz buna görə Internet.org xidmətinə internet-telefoniya daxil edilməyib. Əks təqdirdə mobil operatorların biznesinə zərər dəyərdi.
 
Milli.Az