Qahirə, 7 mart, AZƏRTAC
2013-cü ildə Prezident Məhəmməd Mürsinin hakimiyyətdən kənarlaşdırılmasından sonra törədilmiş iğtişaşların iştirakçıları barəsində çıxarılmış birinci ölüm hökmü bu gün Misirdə icra edilib. Bu haqda məlumatı Misirin Daxili İşlər Nazirliyi yayıb.
2013-cü ilin iyulunda İsgəndəriyyədə zorakılıq aktlarında aktiv iştiraka görə ittiham edilmiş Mahmud Həsən Ramadan Abd ən-Nəbi boğazdan asılma yolu ilə edam edilib. Məhəmməd Mürsinin tərəfdarları ilə düşmənləri arasında dava zamanı bir neçə yeniyetməni İsgəndəriyyədəki yaşayış evlərindən birinin damından atan məhz bu şəxs olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə