[ 07 Mart 2015 19:31 ]



Bakı - APA. Bu gün Bakıda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının liftində 3 nəfərin, Bakı şəhəri, Səbail rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.