Malayziya bir il əvvəl yoxa çıxmış Boeing 777 təyyarəsinin axtarışını dayandırmaq fikrində deyil
Bakı, 7 mart, AZƏRTAC
Kuala-Lumpurdan Pekinə uçan Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində Malayziyanın Nəqliyyat Nazirliyi laynerin axtarışlarını davam etdirməyə söz verib.
AZƏRTAC Rusiyanin NTV telekanalına istinadla xəbər verir ki, Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay Boeing 777 təyyarəsinin axtarışlarının dayandırılması məsələsinin müzakirə mövzusu olmadığını və axtarış əməliyyatlarının azı may ayınadək davam edəcəyini deyib. “Bundan sonra da laynerin izinin tapılmayacağı təqdirdə, ekspertlərin qərarına əsasən hərəkət etmək lazım gələcək” – deyə nazir əlavə edib.
Malaysia Airlines şirkətinin başçısı Əhməd Cahari Yəhya da öz növbəsində gözlənilən struktur və rəhbər dəyişikliklərinə baxmayaraq, kompaniyanın yoxa çıxmış təyyarənin ekipaj üzvləri və sərnişinlərinin ailələrinə yardımdan imtina etməyəcəyini bildirib.
Bu gün bəlli olub ki, МН370 reysi ilə uçan təyyarənin itməsindən sonra Malayziya Hava Yolları şirkətinə məxsus bəzi təyyarələrdə hər 15 dəqiqədən bir koordinatlar, sürət və uçuş istiqaməti barədə hesabat göndərən sistem quraşdırılıb.
Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların indiyədək davam etməsinə baxmayaraq, hələ ki, təyyarənin izini tapmaq mümkün olmayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10