[ 07 Mart 2015 15:01 ]



Bakı. Hafiz Heydərov - APA. Rusiyada qətl törətməkdə təqsirləndirilən şəxslər Azərbaycanda həbs edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar Yusif Muradov və Nazlı Muradova tutulublar.