ABŞ-ın Ədliyyə Nazirliyi Ferqüson polisini yenidən formalaşdıra bilər
Bakı, 7 mart, AZƏRTAC
ABŞ-ın Ədliyyə Nazirliyi 18 yaşlı qaradərili gəncin öldürülməsi səbəbindən iğtişaşların bir neçə ay səngimədiyi Feqüsonun şəhər məhkəməsində və polis idarəsində irqi diskriminasiya faktları ilə bağlı irimiqyaslı təhqiqat aparıb.
AZƏRTAC Rusiyanin NTV telekanalına istinadla xəbər verir ki, Ədliyyə Nazirliyinin məruzəsinə əsasən Ferqüson polisi digərlərinə nisbətən qaradərili vətəndaşları daha çox saxlayır və onlara qarşı aşırı güc tətbiq edir. 2014-cü ilin aprelindən sentyabradək təcridxanalarda iki sutkadan çox saxlanılanların 95 faizini məhz qaradərililər təşkil edib.
Bundan başqa xidməti yazışmalar yoxlanılarkən polis idarəsi əməkdaşlarının məktublarında ABŞ Prezidenti Barak Obamanın şimpanze şəklində təsvirləri də tapılıb. Bununla bağlı iki polisin artıq istefa verdiyi bildirilir.
ABŞ-ın ədliyyə naziri Erik Holder Ferqüson polis idarəsinin işində nizam-intizam yaradacağına söz verib. O, həmçinin lazım gələcəyi təqdirdə polis idarəsinin yenidən formalaşdırılacağını və “yeni strukturun” yaradılacağını da istisna etməyib.
Bu həftə ABŞ-ın Ədliyyə Nazirliyi 2014-cü ildə Ferqüson şəhərində 18 yaşlı silahsız qaradərili Maykl Braunu güllə ilə vuran polis əməkdaşı Darren Uilsona qarşı ittiham irəli sürməkdən imtina edib. Keçən ilin noyabr ayında Fergüson şəhər məhkəməsi də eyni qərar qəbul etmişdi.
Bir qədər əvvəl Barak Obama da polisin məsuliyyətə cəlb edilməməsi qərarını dəstəkləmişdi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10