Sosial şəbəkələrdə yayılan bu video geniş müzakirələrə səbəb olub.Başqasının yoluna çıxıb qəza şəraiti yaradan sürücü əl-qol atmağı da unutmur
Avtosfer.az-ın məlumatına görə, martın 3-də "Toyota Camry" markalı, 90 VM 011 dövlət nömrə nişanlı avtomobil Xarici İşlər Nazirliyinin qarşısından yuxarı qalxan yolda sağa hərəkət edərkən nə dönmə işıqlarını yandırır, nə də təhlükəsizlik qaydalarına riayət edir.
Sanki, belə olmalı imiş kimi hərəkət edən sürücü qəflətən başqasının yoluna çıxıb qəza şəraiti yaradır. Bu zaman milli adət-ənənəyə uyğun olaraq, sürücülər bir-birlərini söyürlər. Hələ qayda pozan sürücü əlini pəncərədən bayıra çıxarıb qabaqdangəlmişlik də edir. Videonu təqdim edirik.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

