İndoneziyanın cənubunda Manene adlanan adət-ənənə çoxlarını şoka salır.

ANS PRESS-in məlumatına görə, yerli əhali üç ildən bir ölülərinə olan ehtiramlarını nümayiş etdirmək məqsədilə onların məzarlarını açırlar.

Açılan məzarlardan çıxarılan meyitlərin üzərindəki geyimlər təmizlənir və ehtiyac olarsa, yeniləri geyindirilir.

Ailə üzvləri ölmüş qohumlarının məzarlarını tək-tək açaraq cəsədləri çıxarırlar. Sonra isə ölülərini yeni paltarlarla qəsəbənin ətrafında "gəzdirir" və yenidən məzarlara qaytarırlar.

Yerli sakinlər ölənlərin hələ də onlarla birlikdə olduğuna inanır.



































Mənbə
ANS PRESS