[ 06 Mart 2015 20:14 ]
Bakı-APA. Cəlilabad rayonunun Uzuntəpə kəndində kanalda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda nəzarətsiz ərazidə) 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunubvə axtarışlara başlayıb.
Xəqani Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:25-də başa çatıb.