Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.
Daha əvvəl verilmiş məlumata əsasən, Türkiyədə bu gün B.Bozdağdan başqa, daxili işlər naziri Əfqan Ala, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan da istefa verməli idi.
Ədliyyə naziri Kənan İpək, daxili işlər naziri Səbahəddin Öztürk, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri isə Firudin Bilgin olacaq.
Nazirlərin istefası Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır.
Milli.Az