[ 06 Mart 2015 15:38 ]
Kürdəmir Zahid Abışov - APA. Kürdəmir sakini həmyerlisini odlu silahla qətlə yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, Kürdəmir Rayon Polis şöbəsinə Axtaçı-Qarabucaq kəndində odlu silahla qətlə yetirilmiş kişi meyitinin olması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən əməliyyatçılar qətlə yetirilənin 1994-cü il təvəllüdlü kənd sakini Budaqov Neman Hacı oğlunun olduğunu müəyyən ediblər. Kürdəmir Rayon Polis Şöbəsi əməliyyatçılarının keçirdiyi zəruri tədbirlər nəticəsində müəyyən edilib ki, N.Budaqovu əvvəllər dost münasibətində olmuş həmkəndlisi, 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu “VAZ-2106” markalı avtomobilinin yük yerində saxladığı ov tüfəngi ilə bir neçə dəfə atəş açaraq qətlə yetirib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.