Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi Facebook martın 12-də istifadəçilərini çox təəccübləndirəcək.

Anspress-in məlumatına görə, sosial şəbəkə martın 12-də bəzi alqoritmləri dəyişdirəcək. Nəticədə səhifələrin bəyənilmə sayı aşağı düşəcək.

Yeni dəyişikliyə əsasən, sosial şəbəkə aktiv olmayan istifadəçi və səhifələri ifşa edəcək. Belə ki, şirkət "Instagram"dan sonra Facebook-da da aktiv olmayan iştifadəçiləri tək-tək müəyyənləşdirib səhifələrdən çıxaracaq. Beləliklə, aktiv olmayan və ya "spam" olan istifadəçilər silindiyi üçün səhifələrin izləyicilərinin sayı azalacaq.

Facebook administrasiyası yeniliyi martın 12-də tətbiq edəcəyini bildirsə də, hələlik daha ətraflı məlumatları açıqlamamağa üstünlük verir.

Milli.Az