İranla nüvə sazişi Fars körfəzi ölkələrinin maraqlarını nəzərə alır.

ANS PRESS-in Reuters-ə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud və xarici işlər naziri Şahzadə Əmir Səud əl-Feysəl ilə görüşdə deyib.

O bildirib ki, biz nüvə proqramı haqqında İranla danışıqlar apararaq, onun Suriyada, Livanda, İraqda, Ərəb yarımadasında və xüsusən Yəməndə sabitliyi pozan fəaliyyətini izləməyə davam edəcəyik.

Onun sözlərinə görə, ABŞ İranla tammiqyaslı əməkdaşlıq haqqında razılaşma əldə etməyi planlaşdırmır.

Səudiyyə Ərəbistanı rəsmiləri isə regionda əsas siyasi və dini rəqib kimi İranı qəbul etdiklərini söyləyiblər: "Bu dövlət Yaxın Şərqdə çox dövlətlərlə duşmənçilik edən qruplaşmaları dəstəkləyir. Ər-Riyad hesab edir ki, İranla nüvə sazişi üzrə danışıqlar Tehranı kütləvi qırğın silahı yaratmaq işini dayandırmayacaq."

Xatırladaq ki, Vaşinqton, Moskva, Pekin, Berlin, Paris və London 2013-cü ildə Tehranla müvəqqəti razılaşma bağladı, hansı ki, nüvə proqramı üzrə İranın bəzi güzəştlərinə əvəz olaraq bu ölkə barəsində sanksiyalar zəiflədilsin. O vaxtdan bəri saziş üzrə hərtərəfli danışıqlar aparılır. ABŞ və İran razılaşıb ki, martın axırına, son olaraq isə yaxud iyun ayında çərçivə razılaşması hazırlansın.


Mənbə
ANS PRESS