Bakı şәhәr Baş Polis İdarәsi  vә  şәhәr prokurorluğu Nərimanov rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir:

 

 

Paytaxtın Nәrimanov rayon hüquq mühafizә orqanlarının birgә hәyata keçirdiyi tәxirәsalınmaz istintaq­әmәliyyat tәdbirlәri nәticәsindә qeyri­aşkar şәraitdә törәdilmiş qәtl hadisәsinin açılması tәmin edilib. Belә  ki, fevralın  28­dә saat  23 radәlәrindә rayonun A.Heydәrov  küçәsi,  ev  2 mәnzil  16­da  kirayәdә  yaşamış  Әliyev  Bәxtiyar  Mayıl  oğlunun  bәdәni  üzәrindә zorakılıq  әlamәtlәri  olan  meyitinin  aşkar  edilmәsi  faktına  görә  Nәrimanov  rayon prokurorluğunda  Cinayәt  Mәcәllәsinin  120.1­ci  (qәsdәn  adam  ödürmә)  maddәsi  ilә cinayәt işi başlanıb. Hәyata  keçirilmiş  istintaq  vә  әmәliyyat­axtarış  tәdbirlәri  nәticәsindә  hәmin cinayәtin  Kürdәmir  rayon  sakini,  Mәlikov  Nicat  Әliheydar  oğlu  tәrәfindәn törәdilmәsindә  әsaslı şübhәlәr  yarandığından  o,  tutularaq  istintaqa  cәlb  olunub. N.Mәlkov  hәyata  keçirilmiş  istintaq  hәrәkәtlәri,  o  cümlәdәn  ifadәsinin  yerindә yoxlanılması zamanı cinayәt barәsindә etirafedici ifadәlәr vermәklә, qәtl hadisәsindәn sonra  B.Әliyevin  yaşadığı  mәnzildәn  oğurladığı  mәrhuma  mәxsus  mobil  telefon, kompüter  vә  digәr  әşyaları  istintaq  orqanına  tәqdim  etmiş  vә  hәmin  әşyalar  maddi sübut kimi cinayәt işinin materiallarına әlavә edilib.

 

Hazırda cinayәt işi üzrә istintaq­әmәliyyat tәdbirlәri davam etdirilir.

 

Qeyd edək ki, qətlə yetirilən B.Əliyevin cinsi azlıq nümayəndəsi olduğu bildirilir.