Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini Hafiz Cümşüd oğlu Nuriyev şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı həmkəndlisi Afin Heybət oğlu Mürşüdova qarın nahiyəsindən  bıçaqla xəsarət yetirib. O, hazırda Bakı şəhərində yerləşən xəstəxanalardan birində müalicə olunur. Faktla bağlı arasdırma aparılır.

Milli.Az