[ 06 Mart 2015 13:29 ]
Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərlərinin yerinin dəyişdirilməsi məsələsi səsə qoyulub. APA-nın məlumatına görə, layihəyə əsasən Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat İmamverdi İsmayılov Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər, ikincinin rəhbəri deputat Xanlar Fətiyevin isə onun yerinə seçilməsi təklif olunub.
Səsvermə nəticəsində layihə təsdiqlənib.