Araşdırmalar davam etdirilir

Martın 5-də Kürdəmir rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, Axtaçı Qarabucaq kəndində naməlum şəxs tüfəngdən atəş açaraq Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Neman Budaqova xəsarət yetirib. Nəticədə N.Budaqov hadisə yerində ölüb.

 

 

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini, 1992-ci il təvəllüdlü Toğrul Bağırov tutulub.

 

T.Bağırov ilkin ifadəsində hadisəni münaqişə zəmində söyüş üstündə törətdiyini deyib.

 

Araşdırmalar davam etdirilir.