Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16 min 128 ipoteka krediti veriblər.
Bu barədə AİF-dən AZƏRTAC-a bildiriblər.
Fondun məlumatına görə, AİF-in vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 645 milyon 409 min 700 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.