193 saylı marşrut avtobusunun sürücüsü sağdan hərəkət edən avtomobillərin yoluna çıxıb
Milli.Az avtosfer.az-a istinadən Bakıda avtobusun törətdiyi daha bir yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları ilə qeydə alınan bu yol qəzası Bakının "Azneft" meydanında baş verib.

Videodan da göründüyü kimi, 193 saylı marşrut avtobusu dairədə hərəkətdə olarkən sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxır və qəza baş verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото