Qusar rayonunda intihar faktı qeydə alınıb
Qusar Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-də Qusar şəhər sakini, 1965-ci il təvəllüdlü Vahid Seyidovun yaşadığı evin həyətindəki yarımtikilidə meyidi aşkar edilib.

O, özünü asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az