[ 06 Mart 2015 10:53 ]



Bakı. Fuad Cəfərov – APA. Gəncə şəhərində yaşayış evinin zirzəmisində yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış köhnə ev əşyaları və məişət tullantıları  yanıb. Yanğın zamanı  qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən  təxliyyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.