Bakıda təmirə aparılan "Lexus" markalı avtomobil yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, bahalı maşın Xətai rayonunda yerləşən vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində alışıb.

Avtomobilin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanıb. Yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb.

Avtoservisin və avtomobilərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS