Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində "Lexus" markalı minik avtomobilinin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanıb.

Milli.Az FHN-in saytına istinadən bildirir ki, yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb. Avtoservisin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az