Hillari Klinton ABŞ dövlət katibi olduğu zaman şəxsi poçt qutularından işgüzar yazışma üçün istifadə edib
ABŞ Nümayəndələr Palatasının təhqiqat palatası keçmiş dövlət katibi Hilari Klintonun iki elektron poçtundan aparılmış şəxsi yazışmanı təhqiqat üçün tələb etmək niyyətindədir.
Milli.Az BBC-yə istinadən bildirir ki, bəzi məlumatlara görə siyasətçi 2009-2013-cü illər arasında bu poçt qutularından işgüzar yazışma üçün istifadə etmiş ola bilərdi ki, bu da federal qanunun pozulması deməkdir.
Komitə 2012-ci ildə Liviyanın Benqazi şəhərində Amerika konsulluğuna edilmiş hücumu təhqiq etməklə məşğuldur. ABŞ-ın Liviyadakı səfiri bu hücumun qurbanı olmuşdu.
Respublikaçılar iddia edirlər ki, Demokratlar partiyasının üzvü Klinton bu hücumun qarşısını almaq üçün kifayət qədər səy göstərməyib.
Keçmiş dövlət katibinin 2016-cı ilin prezident seçkilərində iştirak edəcəyi gözlənilir.
Milli.Az