Əfqan və Duyğu Karahanlar türk jurnalistlərdir. Onlar günlərin birində "səhər saat 8-də işə, axşam saat 5-də evə" rutinindən sıxılaraq radikal qərar verdilər.

Milli.Az AHT-yə istinadən bildirir ki, dünya səyahətinə çıxan cütlük Rusiyadan başlayraq 12 ölkəni, 55 şəhəri dolaşıblar. Onlar toplam olaraq 39 min kilometr qət ediblər və indi Avstraliyadadırlar.

"İkimiz də aylıq texnologiya və kompüter jurnalında redaktor işləyirdik. Kompüter arxasında səhər saat 8-dən axşam 5-dək işləyən, yolda tıxaclarda saatlarla vaxt keçirən insanlar kimi bir yaşamımız, "evdən işə, işdən də evə" həyatımız vardı. Belə həyatı dəyişməmək üçün ciddi səbəb tapa bilmədik", - Əfqan Karahan deyib.

Onun sözlərinə görə, toyları üçün ayırdıqları pulu dünya səyahətinə xərcləmək qərarına gələndən sonra yola çıxıblar.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin