Adı dillər əzbəri olan müdrik insan
Bakı, 5 mart, Z.Mansurova, AZƏRTAC
Bakı milyonçusu, neftxuda, messenat, xeyriyyəçi, Ağa Musa Nağıyevin vəfatından 96 il ötür. Bu münasibətlə Ağa Musa Nağıyev adına Milli dəyərlərin qorunması İctimai Birliyində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı milyonçusu Ağa Musa Nağıyevin gördüyü işlərdən xeyirxahlIğIndan, tikdirdiyi binalardan geniş söz açılıb.
Bildirilib ki, O, Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlığının hesabına milyonçu olmuşdu.
Onun tikdirdiyi 98 bina Bakının memarlıq möhürünə çevrilib. Özü isə xeyirxahlığı, ziyalı təfəkkürü ilə zəmanəsinin mesenatları arasında özünəməxsus yer tutub.
Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bütün tikdirdiyi binalar içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.
Vurğulanıb ki, Bakının Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilib. O, həmçinin realnı məktəbinin yarımçıq qalmış üçüncü mərtəbəsinin tikinti xərcini ödəyib, xəstəxana tikdirib və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoyub.
Amma çox qəribədir ki, xalq arasında onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılıb. Əslində Nağıyev deyildiyi qədər də xəsis deyildi. Bəzən qəpiyə qənaət edirdisə də, böyük kapital qoyuluşunda digər milyonçulardan geri qalmırdı. O, birinci realnı məktəbin hamiliyini boynuna götürərək hazırlıq sinfinə hər il əlavə olaraq iyirmi beş müsəlman uşağını qəbul etdirib oxudurdu.
Diqqətə çatdırılıb ki, onun əsil-nəcabətini binalarının üzərindəki Ağa Musa Nağıyev firmasına məxsus emblem –“Venzel” (daş kitabə) təsdiqləyir. Bu venzellər öz qeyri-adiliyi və məna etibarilə diqqəti cəlb edir. Kənarlarında saman çələngi, ortasında hambal şələsi və Ağa Musa Nağıyevin adının və soyadının baş hərfləri həkk edilmiş kitabənin önündən laqeyd keçmək olmur. Milyonçu bununla keçmişini unutmadığını bildirirdi. Onun imzası – venzeli xeyriyyəçilik modeli olaraq binaların üzərində indi də qalır.
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edir. Özünün vəsiyyətinə görə onu Kərbəlada, gənc ikən dünyasını dəyişən oğlu İsmayılın yanında dəfn etmək mümkün olmur. İllər keçəndən sonra milyonçunun varisi və adını daşıyan İctimai Birliyin sədri Dilarə Ağamusa onun torpağını Kərbəlaya göndərir və oğlunun da torpağını Bakıya gətirdib, onun məzarı üzərinə səpir.
Dilarə Ağamusa bu fədakar insanın varisi olaraq onun haqqında topladığı faktlar, arxiv materialları əsasında yazdığı “Xalq üçün ömrünü şam kimi əridən …”, “Ömrün səhifələri”, “Zamanın sorağında” və “Nurlu əməllərin işığında” kitablarını yazıb, bir daha babasını tarixin yaddaşına həkk edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05