[ 05 Mart 2015 18:40 ]



Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycanda bir milyondan çox vətəndaşa şəxsiyyət vəsiqəsi verilib.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi illik hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, ölkə üzrə yeni nəsil pasportların verilməsinə başlandığı dövrdə (2013-cü ilin sentyabr ayından 31 dekabr 2014-cü ilədək) ümumilikdə 558 min 869 nəfər ümumvətəndaş pasportu ilə təmin edilib.

 

Hesabatda həmçinin qeyd olunur ki, 2014-cü ildə 1 milyon 165 min 565 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Onlardan 469 min 756-sı ASAN Xidmət mərkəzləri tərəfindən verilib.