Mitya Bervar: Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır
Bakı, 5 mart, AZƏRTAC
Getdikcə daha da qloballaşan və zəngin informasiya mühitinin yarandığı dünyada xəbər agentliklərinin rolu daha da artır. Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Sloveniya parlamentinin yuxarı palatasının – Milli Şuranın sədri Mitya Bervar səsləndirib.
Mitya Bervar qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətə malik hadisənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında AZƏRTAC mühüm rol oynayacaq. Azərbaycan və Sloveniya arasında mədəni, iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafı xəbər agentliklərinin əməkdaşlığına da müsbət təsir göstərib. Bir neçə gün əvvəl AZƏRTAC-la Sloveniyanın STA agentliyi arasında əməkdaşlıq Sazişi imzalanıb. Sazişin imzalanması mərasimində iştirak etməkdən məmnunluq duyduğunu bildirən Mitya Bervar diqqətə çatdırıb ki, AZƏRTAC-ın 95 illik yubileyində dünyanın mötəbər media qurumlarının və informasiya agentliklərinin rəhbərlərinin iştirakı onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov göstərilən diqqətə görə Sloveniya parlamenti Milli Şurasının sədrinə təşəkkürünü bildirib. Qeyd edib ki, tarixən sıx əlaqələrə malik Azərbaycan və Sloveniya arasındakı əməkdaşlıq son on ildə dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Baş direktor Birinci Dünya müharibəsində böyük şücaət göstərmiş Mehdi Hüseynzadəyə Sloveniyada dərin rəğbət və ehtiram bəslənilməsinin şahidi olduğunu və bundan məmnunluq duyduğunu diqqətə çatdırıb.
Mitya Bervar 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçiriləcəyindən məlumatlı olduğunu bildirib. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu mötəbər beynəlxalq qurumlara sədrlik etməsini onun qazandığı nüfuzun daha bir təsdiqi kimi dəyərləndirib.
Görüşdə çıxış edən Sloveniya parlamentinin deputatı Rudi Matjasic Bakıya səfər zamanı iki xalq arasında bir çox ümumi dəyərlərə şahid olduğunu bildirib. Buna iki xalqın ortaq qəhrəmanı olan Mehdi Hüseynzadəni misal göstərən deputat Sloveniyada onun şərəfinə marka istehsal olunduğunu qeyd edib.
Sloveniyanın Bakıdakı fəxri konsulu Elnur Allahverdiyev Milli Şuranın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı bir sıra mühüm görüşlərin keçirildiyini və aparılan danışıqların nəticəsi olaraq 2016-cı ildə Bakıdan Sloveniyanın Maribor şəhərinə birbaşa təyyarə reysləri açılmasına dair razılıq əldə edildiyini bildirib. Qeyd edilib ki, bu hava körpüsü ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10