Bakı, 5 mart, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VII siniflərində istifadədə olan “Fiziki tərbiyə” dərslik dəstinin müzakirəsi keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilib.
Ümumtəhsil məktəblərinin VII siniflərində istifadədə olan “Fiziki tərbiyə” dərslik dəstinin elmi-metodiki monitorinqi başa çatıb.
Müzakirə nəticəsində formalaşmış yekun rəy Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.