Milli.Az aznews.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin dediklərinə görə, DYP əməkdaşları 99 CB 449 dövlət nömrə nişanlı maşını saxlayaraq sürücüyə güc tətbiq ediblər. Daha sonra onu maşına zorla mindiriblər. Polisin bu hərəkətinə vətəndaşın etiraz etməsi heç bir fayda verməyib.
Qeyd edək ki, hadisə yolda uzun tıxacın yaranmasına səbəb olub. Hadisənin səbəbi hələ bəlli deyil. Həmin görüntüləri təqdim edirik:
Milli.Az