Rusiyada azərbaycanlının zambaqları əlindən alınıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, gömrük xidmətinin əməkdaşları Kalininqrad vilayətinə 15,5 min zambağın gətirilməsinin qarşısını alıblar.

Güllər Polşadan gətirilib. Azərbaycan vətəndaşı ümumi çəkisi 695,75 kq olan gülləri "Ford" markalı maşınla "Mamonovo" buraxlış məntəqəsindən keçirmək istəyib.

Axtarış zamanı maşının yük yerində tapılan güllər müxtəlif rənglərdə olublar.

Güllər Polşaya geri qaytarılıb.

Azərbaycan vətəndaşı haqqında isə "Qadağa və məhdudiyyətə riayət etməmə" maddəsi ilə cinayət işi açılıb.

Mənbə
ANS PRESS