[ 05 Mart 2015 16:17 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatı Milli Məclisə daxil olub.

Azərbaycan parlamentinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, hesabatın martın 17-də dinlənilməsi gözlənilir.

 

Hesabatı parlamentdə baş nazir Artur Rasizadə təqdim edəcək.

 

Hesabat ətrafında müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.