Türkiyəli mütəxəssis “PAŞA Həyat”da təlim keçib
Bakı, 5 mart, AZƏRTAC
“PAŞA Həyat Sığorta” şirkəti işçilərinin bilik və bacarığının artırılması və daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti əsas tutaraq satış və Çağrı Mərkəzinin əməkdaşları üçün treninq təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim Türkiyənin tanınmış “US Danışmanlık” konsaltinq şirkətinin rəhbəri, təcrübəli təlimçi Sevda Güner tərəfindən aparılıb.
Təlimdə bazar analizləri, satışın taktikası və incəlikləri, marketinqin əhəmiyyəti, satış və çağrı mərkəzi əməkdaşının davranış qaydaları və digər sahələr üzrə geniş təqdimatlar edilib.
Təlimçi dərin nəzəri biliklərlə yanaşı, müasir qabaqcıl təcrübə nümunələri nümayiş etdirib və real biznes mühitinin praktiki aspektləri ətraflı olaraq araşdırılıb. Təlimin yeni formalaşmaqda olan yerli həyat sığortası bazarında sığortaçı-müştəri münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10