Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri İranın nüvə proqramına dair danışıqların perspektivlərini müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

ANS PRESS-in məlumatına görə, səfər ərəfəsində Kerri bildirmişdi ki, rəsmi Ər-Riyadı İranla bağlı inandırmağa çalışacaq. Daha dəqiq desək, Kerri İranla razılaşmanın Səudiyyə Ərəbistanının maraqları üçün təhlükə törətmədiyinə və regiondakı vəziyyətin qeyri-sabitliyinə gətirib çıxarmayacağına inandıracaq.

ABŞ-ın dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanı rəhbərliyi ilə həmçinin İraq və Suriyada İŞİD-lə mübarizə məsələsini də müzakirə edəcək.
Mənbə
BBC