Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ucar rayonunun Bərgüşad kəndində kənd sakini Şaiq Orucov idarə etdiyi "T-82" markalı qoşqusu olan traktoru arxaya verərkən həmkəndlisi Eyvaz Həmidov qoşqunun altında qalıb. Xəstəxanaya yerləşdirilmiş E.Həmidov orada ölüb.
Faktla əlaqədar Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az