[ 05 Mart 2015 13:29 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum martın 13-də Belarus nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

 

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

 

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Belarus şirkətləri iştirak edəcəklər. Biznes forumda azərbaycanlı iş adamları və sahibkarlar iştirak etməyə dəvət edilir.