Azərbaycan, Bakı, 5 mart /Trend/

Kopenhagen Universitetinin (Danimarka) 21 yaşlı tələbəsi Nikita Klestrup üzvü olduğu Danimarka siyasi təşkilatın 110 illiyinə çox açıq-saçıq paltarda gələrək, qalmaqala səbəb olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Nikita “Gənc mühafizəkarlar” adlanan bu siyasi təşkilatın yerli şöbəsinin rəhbəridir.

Bundan başqa, o, açıq-saçıq fotoşəkillər çəkdirməyi xoşlayır və bütün bunlar onun akademik təhsili və siyasi fəaliyyətinə heç də mane olmur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az