[ 05 Mart 2015 12:59 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda ağır yol qəzası baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 4-də saat 08:00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağdaş rayon sakini Hacıağa İsrafilovun idarə etdiyi “VAZ-21054” və Füzuli rayon sakini Saleh İsrafilovun idarə etdiyi “KaMAZ” markalı avtomobillər toqquşub.

 

H.İsrafilovun sərnişinlərindən Bakı şəhər sakini İntiqam Əsgərov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polis İdarəsi  tərəfindən araşdırma aparılır.