Martın 6-da ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, martın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabur tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi günün ikinci yarısında cənub küləyilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 6-da Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Mənbə
ANS PRESS