[ 05 Mart 2015 12:23 ]



Bakı. Hafiz Heydərov - APA. Bakıda zibillikdə kişi meyiti tapılıb.

 

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Polis ölən şəxsin fotosunu da APA-ya təqdim edib.

 

Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.