Bakı şəhərində qanlı hadisə olub. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 34 yaşlı Ramil Mayılov bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, R.Mayılovun kim tərəfindən bıçaqlanması məlum deyil. Onu gecə qan içərisində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər. Hazırda cinayəti törədən şəxsin tutulması istiamətində iş aparılır.