İraq ordusu Səlahəddin vilayətində İŞİD qruplaşmasına qarşı təzyiqləri artırıb. ANS PRESS-in məlumatına görə, ən son döyüşlərdə ordu qüvvələri 90 rayonu silahlılardan təmizləməyə nail olub. Döyüşlər zamanı İŞİD üzvlərinə qarşı iriçaplı silahlardan istifadə olunub.

Ordu qüvvələri, eyni zamanda, vacib strateji əhəmiyyətə malik olan Tikrit şəhərini 3 tərəfdən mühasirəyə alıb. Əməliyyatlara İraq hərbi hava qüvvələri də dəstək verib. Qırıcılar silahlıların mövqelərini bombalayıblar. Əməliyyatçılar, 100 girovu xilas etməyə nail olublar.

Tikrit şəhəri ötən ilin iyun ayında İŞİD silahlıları tərəfindən zəbt olunmuşdu.

İŞİD-ə qarşı əməliyyatlar martın 2-sində başlayıb. Ümumilikdə, döyüşlərə 30 mindən çox əsgər cəlb olunub. Məlumata görə, İran hərbi rəhbərliyi də əməliyyatlara dəstək olur.

Amerika Birləşmiş Ştatları İranın döyüşlərə cəlb olunmasına görə narahatlığını bildirib.
Mənbə
Associated Press