Sumqayıt şəhər sakini 50 yaşlı Fatimə Tağıyeva Daşkəsən rayonunun Zağalı kəndi ərazisində idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Fatimə Tağıyeva əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib.
Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırmalara başlanılıb.